Nazirliyə məxsus avtomobil 1000 manata satıldı

İQTİSADİYYAT
19:19 / 21.07.2026
65

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus avtomobil hərrac yolu ilə satılıb.

Hit.az xəbər verir ki, keçirilən hərracda UAZ 396259 yük-sərnişin markalı nəqliyyat vasitəsi satışa çıxarılıb və satışı baş tutub.

Məlumata görə, 2006-cı il istehsalı olan nəqliyyat vasitəsinin yekun satış qiyməti 1000 manat təşkil edib.

Hərrac 21 iyul tarixində keçirilib.

Abbas
 

0