Psixoloq emosional vəziyyətə təsir edən rəngləri açıqladı

SOSİAL
22:14 / 21.07.2026
62

Rənglər insanın emosional vəziyyətinə, narahatlıq səviyyəsinə və ətraf aləmi qavrayışına təsir göstərə bilər. 

HİT.az "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, bunu klinik psixoloq Anjelika Yeremenko bildirib

Mütəxəssisin sözlərinə görə, rənglər emosional vəziyyətin idarə olunmasında mühüm vasitələrdən biridir. O qeyd edib ki, bu baxımdan yalnız rəng deyil, həm də onun çalarının doymuşluq səviyyəsi əhəmiyyət daşıyır. Əşyaların forması isə insanın hisslərinə eyni dərəcədə təsir göstərmir.

Psixoloq izah edib ki, orta doymuşluğa malik isti tonlar sevinc hissi yarada bilər. Lakin eyni rəngin həddindən artıq parlaq və tünd çaları qıcıqlanma hissinə səbəb ola bilər.

Yeremenko bildirib ki, hər rəngin özünəməxsus psixoloji və təkamül baxımından formalaşmış mənası var.

Onun sözlərinə görə:

* Qırmızı rəng enerji və təhlükə ilə assosiasiya olunur, buna görə də arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
* Mavi rəng psixikanı sakitləşdirir və məhsuldarlığı artırmağa kömək edir.
* Yaşıl rəng neytral hesab olunur və daxili harmoniya hissini gücləndirir.
* Sarı rəng istilik və nikbinlik hissi yaradır, lakin onun həddindən artıq çoxluğu narahatlıq yarada bilər.

Mütəxəssis iş mühiti üçün mavi və ya yaşıl rənglərin seçilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu rənglər diqqətin cəmlənməsinə kömək edir və stress səviyyəsini azaldır.

İstirahət üçün isə yumşaq mavi, sakit yaşıl və neytral çalarlardan istifadə etmək daha məqsədəuyğundur.

Bundan əvvəl klinik psixoloq və KDT-terapevt Anastasiya Xelemelya bildirmişdi ki, uşaq otaqlarının bej rəngdə tərtib olunması, eləcə də neytral rəngli geyim və oyuncaqların seçilməsi özlüyündə uşağın psixi inkişafı üçün təhlükə yaratmır.

Onun sözlərinə görə, rəngləri ayırd etmə bacarığı uşağın idrak inkişafında mühüm rol oynayır, çünki müxtəlif çalarların qavranılması semantik əlaqələrin formalaşmasına, nitqin düzgün inkişafına və ətraf aləmin təsnifatını öyrənməyə kömək edir.

Samir
 

0