İlham Rəhimliyə yeni vəzifə verilə bilər

MƏDƏNİYYƏT
13:37 / 26.07.2023
609

Azərbaycan Teatr Xadimləri İttifaqının sədrliyinə yeni namizəd irəli sürülüb.

Hit.az xəbər verir ki, bir qrup sənət adamı teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimlinin Teatr Xadimləri İttifaqına sədrliyinə namizədliyini irəli sürüb. 

Aktyorlar İlham Rəhimlinin bu vəzifənin öhdəsindən gələ biləcəyinə əmin olduğunu vurğulayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqından isə bildiriblər ki, quruma sədr seçkisi 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Xalq artisti Azərpaşa Nemətov 1996-2023-cü illərdə Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilib. Azərpaşa Nemətov aprelin 9-da 75 yaşında dünyasını dəyişib.

Azra

0