İtləri döyüşdürənlərin kimliyi müəyyənləşdi

ÖLKƏ
14:33 / 27.05.2020
1064

Sumqayıt şəhərində it döyüşləri təşkil edənlərin kimliyi bəlli olub.

HİT.Az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdəki şəxslərin kimliyi müəyyənləşdirilib: “Araşdırmalar davam etdirilir. Həmin adamların izahatları alınıb. Hazırda onların əməlinə hüquqi qiymət verilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində araşdırma davam etdirilir. Yekun qərar olduqda, ictimaiyyətə ətraflı məlumat veriləcək”. 

Xatırladaq ki, yayılan məlumatlarda Sumqayıt şəhərində Mətləb adlı şəxsin “Pitbull” fermasında it döyüşləri təşkil etdiyi bildirilirdi. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. “Pitbull” küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir.

0