Azərbaycan lideri: Qazaxıstanın uğurları bizi sevindirir

SİYASƏT
17:03 / 11.03.2024
220

Qazaxıstanın uğurları bizi sevindirir.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında bildirib.

Prezident Tokayevi və qardaş Qazaxıstan xalqını sosial-iqtisadi inkişafda, innovativ tərəqqidə çox böyük nailiyyətlər münasibətilə təbrik edən dövlət başçısı vurğulayıb: “Qazaxıstanın iqtisadi inkişafı və ümumi daxili məhsulun artması düzgün və düşünülmüş iqtisadi siyasətdən xəbər verir. Həmçinin Sizin ölkənin modernləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş və artıq bir çox nailiyyətlərin əldə edildiyi islahatlarınızı tam dəstəkləyirik”.

0