Netanyahu: "Dünyada onıarı dayandıra biləcək heç bir qüvvə yoxdur"

DÜNYA
20:15 / 09.04.2024
203

İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrində (IDF) xidmətə çağırılanlarla görüşdə Qəzza zolağının cənubundakı Rəfah da daxil olmaqla, HƏMAS batalyonlarını tamamilə məhv edəcəyinə söz verib. 

HİT.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Onun sözlərinə görə, İsrail tərəfi HƏMAS batalyonlarının ləğvini başa çatdırır. Netanyahu iddia edir ki, dünyada onıarı dayandıra biləcək heç bir qüvvə yoxdur.

İsrailin baş naziri vurğulayıb ki, İDF-nin üç əsas vəzifəsi var: kirovları geri qaytarmaq, HƏMAS-ı məhv etmək və Qəzzanın İsrail üçün təhlükə yaratmamasını təmin etmək. O, dördüncü məqsədi HƏMAS-ın bir hissəsi olduğu İranın "şər oxu"nu məğlub etmək ehtiyacı adlandırıb.

Bundan əvvəl Netanyahu bildirib ki, HƏMAS-ın əlində olan girovlar azad olunmasa, Qəzza zolağında atəşkəs əldə olunmayacaq.

Martın sonunda Netanyahu bildirib ki, İsrail hakimiyyəti Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat üçün əməliyyat planını təsdiqləyib. Siyasətçinin sözlərinə görə, İsrail tərəfi mülki əhalinin təxliyəsi və şəhərə humanitar yardımın çatdırılması məsələsini həll etməyə çalışacaq.

Samir

0