İsveçrə Rusiyanı Ukrayna ilə bağlı ilk sammitə dəvət etmədi

DÜNYA
19:14 / 09.04.2024
239

İsveçrə hökuməti Ukrayna ilə bağlı ilk sülh sammitinə Rusiya Federasiyasına rəsmi dəvət göndərməyib. 

HİT.az xəbər verir ki, bunu Rusiyanın Berndəki səfirliyinin mətbuat katibi Vladimir Xoxlov bildirib.

"İsveçrə tərəfi Rusiyaya konfransa dəvət göndərməyib", deyə Vladimir Xoxlov bildirib.

Eyni zamanda, Vladimir Xoxlov Rusiya hakimiyyətinin bu sammitdə iştirakla bağlı mövqeyini artıq açıqladığına diqqət çəkib. Bern Moskvaya müvafiq dəvət göndərsə belə, qəbul etməyəcək.

Diplomatik missiyanın mətbuat katibi izah edib ki, Rusiya Federasiyası sülh konfransının təşkilatçılarının irəli sürdüyü ideyaları qəbuledilməz hesab edir. 

Aprelin 8-də "Bloomberg" mənbələrə istinadən İsveçrədə Ukrayna üzrə ilk sülh sammitinin mümkün tarixini açıqlayıb. Tədbirin bu il iyunun 16-17-də baş tutacağı gözlənilir.

Samir

0