"Evlənmədən cütlüklər eyni evdə də yaşamamılıdır. O bizim hamımızın həyatını pis yola aparır".
Bu fikri dizayner Aynur Xəlilovanın yutubda yayımlanan "Hərşeyşünas" adlı podkastının növbəti qonağı fizioloq Rəşid Mahmudov deyib.
Evlənmədən əvvəl cütlüklərin birgə yaşayışı barədə fikir bildirən sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirdi ki, bu günün gəncləri ilə 20 il əvvəlin gənci arasında fərq var:
"İndiki gəncləri əyləncə, gəzmək, sosial həyat maraqlandırır. Bunun nəticəsidir ki, milli mənəvi dəyərlər get-gedə məhv olur. Bəli, bu gün bir qisim gənclər ailə qurmadan, birgə yaşayır. Hətta o gənclərin uşaqları belə olur. Subay qadın evli kişidən uşaq dünyaya gətirir. Bunu fəxrlə də deyirlər, gizlətmirlər. Abır-həya, utanmaq hissi yox olub. Kim harda, necə gəldi yaşayır".
Sevinc