ƏDV-nin bir hissəsi geri necə qaytarılacaq? (ŞƏRH)

İQTİSADİYYAT
00:52 / 13.05.2020
1586

Fiziki şəxs olanistehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ictimai iaşəfəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisnaolmaqla) görə ödənilən ƏDV-nin qaytarılması Qaydasının tətbiqinə başlanılıb. Yeni qaydalara görə ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçışəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə edvgerial.azsaytında qeydiyyatdan keçməlidir.

Qeydiyyat zamanı istehlakçı üçün elektronkabinet yaradılır. İstehlakçının mobil telefonuna və ya elektron poçt ünvanınaqeydiyyatın təsdiqi barədə məlumat göndərilir. O, alış-veriş, qida və s. xidmətzamanı əldə etdiyi çekin məlumatlarını online yerləşdirir. Sonda hesablanmış məbləğistehlakçının bank kartına köçürülür.

Hit.Az xatırladır ki, Azərbaycanda fiziki şəxslər tərəfindən ödənilən ƏDV-nin bir hissəsinin geriqaytarılması üçün 2019-cu ilin yanvarın 1-də Vergi Məcələsinə 165.5 maddəsi əlavəedilib. Bu təcrübədən ölkəmizdə ilk dəfədir ki, istifadə edilir və onun tətbiqindəməqsəd pərakəndə ticarət və ictimai iaşə dövriyyəsinə nəzarəti artırmaq, buradaşəffaflığı təmin etməkdir. Yeni qaydaya əsasən, fəaliyyəti şəffaf olan sahələrdəƏDV-nin geri qaytarılması sistemi tətbiq edilmir. Məsələn, aptek,yanacaqdoldurma məntəqələrində həyata keçirilən ödəniş zamanı hesablanan ƏDVgeri qaytarılmayacaq. Yalnız ictimai iaşə müəssisələrində, supermarketlərdə vəƏDV ödəyicisi olan digər ticarət obyektlərində hesablanan ƏDV geri qaytarılacaq.

Dövlət əhalinistimullaşdırır ki, ödədiyiniz pulun müqabilində çek alın və daha sonra onu bizətəqdim edin, biz isə xərclərinizin bir hissəsini geri qaytaraq. Bunun mümkünolması üçün ilk növbədə ticarət müəssisəsinin və ya xidmət obyektinin ƏDV ödəyicisiolması lazımdır. Əgər obyekt ƏDV ödəyicisidirsə, burada ödəniş edən istehlakçıkassa aparatından çıxan çek tələb etməlidir.

Kiçik mağaza vəkiçik iaşə sektoru ƏDV ödəyicisi deyilsə, bu vəziyyətdə onların verdiyi çeklərdənistifadə etmək mümkün deyil.

Vergi Məcəlləsinəxeyli müddət öncə xüsusi maddənin əlavə edilməsinə baxmayaraq ƏDV-nin geriqaytarılmasına yeni başlanılması sistemin texniki təminatının və mexanizmininhazır olmaması ilə bağlı idi. Artıq qaydalar hazırdır və sistem işə salınıb. VergiMəcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydadaödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin 10 faizini təşkiledir. İstehlakçı alacağı pulu hesablamaq üçün alış-veriş və yaxidmətə görə ödənilən çeklərdə olan məbləğləri toplayaraq nağd ödənişlərdə vəsaiti118-ə bölünərək 10-a vurmaqla, nağdsız ödənişlərdə isə 118-ə bölərək 15-ə vurmaqlamüəyyən edə bilər.

Artıq bir neçəgündür ki, ƏDV-nin geri qaytarılması sistemi tətbiq olunur. Amma bəzi satış mərkəzlərindəverilən kassa çeklərində fiskal İD nömrələrinin olmadığı üzə çıxıb. Bəzilərində isə bu məlumatlar bazaya daxiledilmir. Fiskal İD nömrəsinin olmaması və məlumatlarınbazaya daxil edilməməsi istehlakçının ödədiyi ƏDV-nin bir hissəsini gerialmasını qeyri-mümkün edir.

Çekin etibarlıolması üçün onun Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən formaya uyğun gəlməsi,eyni zamanda vergilər departamentinin onlayn sisteminə qoşulan xüsusi kassaaparatlarının və POS-terminalların olması vacibdir. Çek ciddi maliyyə sənədidir,onun forması Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilir və orada müəssisəhaqqında, ödənilən məbləğ, ƏDV məbləği haqqında məlumat olur. Buna görə də bu məsələdəistehlakçının diqqətli olması vacibdir. Çünki bəzi hallarda istehlakçıyakassadan çıxan çek yox, sadəcə olaraq kompüterin yaddaşında olan məlumatıçıxaran çek verilir. Bu cür çeklər qəbul edilməməlidir, çünki həmin çekləriedvgerial.az saytında yaradılan elektron kabinetdə qeydiyyatdan keçirmək olmur.Eyni zamanda diqqət yetirmək lazımdır ki, kassa aparatı yeni nəsil aparatlardanolsun.

Əgər qeyri-nağd şəkildəödəniş edilərsə POS-terminal olmalıdır. POS-terminaldan ödəniş edilən zaman daçek alınmalıdır. POS-terminallar da yeni nəsil terminallar olmalıdır. Köhnəterminallar sistemə qoşulmur və verilən çek əhəmiyyətsiz olur. İstehlakçılarbuna da diqqət yetirməlidir.

Doxsan gün ərzindəistehlakçı sahib olduğu çekə dair məlumatları saytdakı kabinetində doldura bilər.İlk məlumatın daxil edildiyi tarixdən 30 gün sonra isə ona verilən pulu ala bilər.

Qeyd edilən zəruriçek sənədləri yoxdursa, istehlakçı İqtisadiyyat Nazirliyinin qaynar xəttinə zəngedərək şikayət etməlidir.

0
Sfera.az