Vilayət Eyvazovdan məşhur cüdoçu ilə bağlı ƏMR

ÖLKƏ
09:05 / 01.07.2020
2773

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin Regional Qurumunun baş inspektor vəzifəsinə yeni təyinat olunub.

Hit.Az Report-a istinadən xəbər verir ki, əmrə əsasən bu vəzifəyə cüdo üzrə Pekin olimpiadasının mükafatçısı olmuş Mövlud Mirəliyev təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Olimpiya mükafatçısına polis polkovnik-leytenantı rütbəsi verilib.

Mövlud Mirəliyev 2008-ci ildə Çinin Pekin şəhərində keçirilən XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

0