Sizə icazə verilib-verilmədiyini belə yoxlaya bilərsiniz

ÖLKƏ
15:22 / 06.07.2020
1416

Xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə “icaze.e-gov.az” portalından icazə alınması qaydasında yenilik edilib.

İqtisadiyyat Nazirliyindən HİT.Az-a daxil olan məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

İcazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalasınız. (fəaliyyət sahələri və kodları əlavə olunur).

3