"Ailəm üçün problem olmayacaq tədbirlərə gedirəm"

MAQAZİN
22:53 / 12.06.2026
45

Müğənni Ayşən Mehtiyeva toy məclislərinə qatılmamasından danışıb.

Sənətçi "Mədəni şou"da yalnız özəl tədbirlərə qatıldığını bildirib. O qeyd edib ki, gündəlik toylarda özünü görmür:

"İnsanın öz çərçivəsi var. Xalq, Əməkdar artistlər toya gedir. Toya gedənə pis baxmıram. Sadəcə, toyda özümü görmürəm. Bir çox proqramda da bu haqda demişəm. Bu, mənim öz fikrimdir. Getdiyim olub. Bilirəm ki, bu, məclisə gedəndə problem olmayacaq: özüm və ailəm üçün. Bilirəm kimin qarşısında çıxış edirəm. Korporativ tədbirlər olur ki, gedirəm. Amma gündəlik toylara qatılmıram". //Axşam.az 

0