İTV-nin daha bir əməkdaşı koronavirusa yoluxdu - FOTO

ÖLKƏ
16:18 / 07.07.2020
1014

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.

“Report”un Muğan bürosunun məlumatına görə, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı koronavirusa yoluxub.

0