Qadınlar estetik əməliyyat etdirməyi sevir.
Kimisi üz nahiyyələrində dəyişiklik, kimisi isə vucudunda dəyişiklik edir.
Bəzi qadınlar isə genital estetik əməliyyat etdirir. Bu əməliyyat növünü etdirən qadınların sayı ötən illərlə müqayisədə artıb.
Ginekoloq həkim Aidə Süleymanova Hit.az-a şərhində deyib ki, genital bölgənin estetik görüntüsünün yaxşılaşması qadının öz güvənini artıraraq, onun cinsi həyatında əhəmiyyətli rol oynayır:
“Genital estetik əməliyyatlar sağlamlıq və gözəlliyinə düşkün qadınların ən sıx seçdiyi üsullardan biridir. Vaginal genişləmə, uşaqlıq boynunun sallanması kimi problemlərdə qadınların köməyinə çatır. Əməliyyat sonrası cinsi həyatın və ailə həyatının nizama girir, xəstə özünü daha rahat hiss edir.
Həmçinin, doğuşlardan sonra daxili genital bölgədə böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi qeyd edilən nahiyə də problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır”.
Sevinc