Payızda immuniteti dəstəkləyən beş məhsul

SAĞLAMLIQ
17:39 / 23.10.2026
52

Payız aylarında immun sisteminin normal fəaliyyətini dəstəkləmək üçün bolqar bibəri, yağlı balıq, yumurta, turşuya qoyulmuş tərəvəzlər və qoz-fındıqdan daha çox istifadə etmək tövsiyə olunur.

HİT.az xəbər verir ki, bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov “Gazeta.Ru”ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, immun sisteminin fəaliyyəti yalnız bir məhsuldan deyil, orqanizmin zülal, vitamin və minerallarla kifayət qədər təmin olunmasından asılıdır. Xüsusilə A, C, D, E və B qrupu vitaminləri, sink, selen və dəmir sağlamlığın qorunmasında mühüm rol oynayır.

Mamatovun tövsiyə etdiyi məhsullar arasında ilk növbədə C vitamini ilə zəngin bolqar bibəri yer alır. Yağlı balıq növləri, o cümlədən qızılbalıq, siyənək və skumbriya isə D vitamini, omeqa-3 yağ turşuları və keyfiyyətli zülal mənbəyidir.

Yumurta zülal, B qrupu vitaminləri və selenlə zəngin olduğu üçün gündəlik qidalanmada faydalı seçim hesab edilir. Turşuya qoyulmuş tərəvəzlər müxtəlif fermentləşdirilmiş qidalarla zəngin rasionun bir hissəsi ola bilər. Qoz-fındıq və toxumlar isə sink, maqnezium, E vitamini və doymamış yağlarla orqanizmin təminatına kömək edir.

Həkim vurğulayıb ki, immuniteti gücləndirdiyi iddia edilən ayrı-ayrı məhsullara həddindən artıq bel bağlamaq düzgün yanaşma deyil. Onun fikrincə, qidalanmada tərəvəz, meyvə, zülal mənbələri və faydalı yağların balanslı şəkildə yer alması daha vacibdir.

Mütəxəssis əlavə edib ki, sağlamlığın qorunması yalnız qidalanmadan asılı deyil. Keyfiyyətli yuxu, fiziki aktivlik, bədən çəkisinin nəzarətdə saxlanılması və stressin idarə olunması da immun sisteminin normal fəaliyyəti üçün əhəmiyyət daşıyır.

Samir
 

0