Həkim istidə alkoqolun təhlükəsi barədə xəbərdarlıq etdi

SAĞLAMLIQ
18:20 / 12.06.2026
45

İstidə spirtli içkilərin qəbulu qan təzyiqinin yüksəlməsi, ürək-damar xəstəliklərinin kəskinləşməsi və trombun qopması riskini artıra bilər.

HİT.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya müsahibəsində Rusiya Dövlət Maarif Universitetinin Tibb fakültəsinin Cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov bildirib.

Mütəxəssisin sözlərinə görə, isti hava və alkoqolun birləşməsi orqanizm üçün xüsusilə təhlükəlidir. Bu halda ürək-damar sisteminə əlavə yük düşür, qan qatılaşır və susuzlaşma riski artır. Həkim qeyd edib ki, belə vəziyyətdə insan çox vaxt kifayət qədər su qəbul etmir ki, bu da orqanizmin vəziyyətini daha da pisləşdirir.

O həmçinin bildirib ki, alkoqol isti havada reaksiyaları zəiflədir və insan günvurma və ya həddindən artıq qızma kimi halları vaxtında hiss etməyə bilər.

Umnovun sözlərinə görə, spirtli içkilərin yağlı qida ilə birlikdə qəbulu qaraciyər və mədəaltı vəz üçün əlavə risk yaradır. O, həmçinin vurğulayıb ki, hətta az miqdarda alkoqol belə asılılıq yarada bilər və tibbi baxımdan təhlükəsiz doza mövcud deyil.

Mütəxəssis əlavə edib ki, zəif spirtli içkilər də etanol və karbon qazı səbəbindən sürətli sərxoşluğa gətirib çıxara bilər. Məsələn, pivə və digər içkilərdəki qaz alkoqolun qana daha tez sorulmasına səbəb olur və bu da orqanizmə təsiri gücləndirir.

Samir
 

0