YUĞ beynəlxalq festivala gedir

MƏDƏNİYYƏT
13:30 / 15.11.2023
576

Azərbaycan Dövlət YUĞ Teatrı qastrol səfərinə hazırlaşır. 

Bu barədə Hit.az-a teatrdan məlumat verilib. 

Teatr Türkiyədə 25 noyabr - 3 dekabr tarixləri arasında keçiriləcək Mersin Beynəlxalq Teatr Festivalında iştirak edəcək. 

Kollektiv festivalda məşhur Norveç dramaturqu Henrik İbsenin əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış “Vəsvəsə” tamaşasını nümayiş etdirəcək. 

Dramatik aksiya janrlı “Vəsvəsə” tamaşasında aktyorlar Amid Qasımov, Mətanət Abbas, Vüqar Hacıyev, Elgün Həmidov və Ləman Mərrih çıxış edir.

Azra

0