İki sənətçinin yaradıcılıq gecəsi keçiriləcək

11:07 / 16.11.2023
484

Xalq artisti Vasif Allahverdiyev və Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək. 

Hit.az xəbər verir ki, konsert noyabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Gecədə Vasif Allahverdiyev və Ceyhun Allahverdiyevin əsərləri səslənəcək.

Konsertdə Əməkdar artistlər, tar ifaçısı Sahib Paşazadə, kamançada Mədinə Şahgəldiyeva, tarda Tahir Əmrahov ifa edəcək. Xanəndələrdən Bəyimxanım Vəliyeva, Orxan Hüseynli və müğənni, respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Cəlilovanın ifaları dinləniləcək.

Konsertin biletlərinin qiyməti 4-20 manat arasındadır. Filarmoniya rəhbərliyi bildirib ki, gecəyə şort və başmaqda gələn şəxslər konsert zalına buraxılmayacaq.

Azra

0