Xalq artisti: "Dəvət etsələr, canla-başla iştirak edəcəm"

MƏDƏNİYYƏT
14:49 / 22.11.2023
605

"Əgər məni dəvət etsələr, canla-başla Azərbaycan Kinematoqrafiya İttifaqının qurultayında iştirak edəcəm. Bu sənətdə mənim də zəhmətim var".

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib. Onun sözlərinə görə, qurultay nümayəndəsi seçilərsə, istədiyi namizədin sədr seçilməsinə səs verəcək. 

Valeh Kərimov yaradıcılıq planlarından söz açıb:

“Mingəçevir teatrında İsa Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşasını hazırlayıram. Tamaşada özüm oynamayacam. Əminəm ki, tamaşa teatrsevərlər tərəfindən seviləcək”.

Azra

0