Tanınmış azərbaycanlı musiqiçi qəfil vəfat etdi - FOTO

MƏDƏNİYYƏT
16:10 / 21.12.2023
673
Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

"Qafqazinfo” xəbər verir ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb. O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.

M.Nəcəfzadə əməkdar artist İlham Nəcəfovun qardaşıdır.

0