“Himayə olmasaydı, bunca qanunsuzluğa cəsarət etməzdilər”

SİYASƏT
09:31 / 11.05.2020
1855

Azərbaycanda son vaxtlarfəaliyyətində ciddi qanunsuzluğa yol verən məmurların həbsi prosesi davam edir.

Hit.Az xəbər verir ki, moderator.az-a açıqlamasında bu həbslərə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu, məsələilə bağlı maraqlı fikirlər səslənirib. Partiya sədri ictimai nəzarəti gücləndirməyinvacibliyi ilə yanaşı, harınlamış məmurların bu cəsarəti necə, hardan almasınada aydınlıq gətirib:

“Təbii ki, bu kimineqativ halların baş verməsini önləmək, şəffaflığı təmin etmək üçün ictimai nəzarətinmövcudluğu zəruridir. Lakin bu nəzarət həqiqətən də ictimai nəzarətinstitutları tərəfindən həyata keçirilməlidir.

Son vaxtlar bir sıra məmurlarınhəbsi reallaşdı və proses davam edir. Görünən odur ki, həbs edilənlərin aqibətindəndigər məmurlar nəticə çıxarmır. Bunun səbəbi onların kimlərsə tərəfindən himayəolunmasıdır. Əgər bu məmurları himayə edənləri olmasaydı, onlar buncaqanunsuzluğa cəsarət etməzdilər.

Bu adamların qohumları,qardaşları müxtəlif vəzifələrdə təmsil olunur. Həmin məmurları arxayın salan,onlara cəsarət verən də məhz budur”.

0