Erməni nazirin Rusiyaya üçüncü səfəri – Kreml  onu “profilaktik söhbət”ə çağırıb?

12:08 / 21.10.2020
1280

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyan Rusiyaya səfər edib.

Bu, Mnasakanyanın Qarabağda yeni eskalasiyanın başlanmasından indiyə qədər Rusiyaya üçüncü səfəridir.

Ermənistan XİN-nin mətbuat katibi Anna Naqdalyanın Mnasakanyanın Rusiyaya gedişini qısamüddətli işgüzar səfər adlandırsa da, ehtimal olunur ki, bu, ABŞ dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtona dəvəti ilə bağlıdır.

Analitiklərin fikrincə, Rusiya Qarabağda münaqişənin nəzarətindən çıxmasından ehtiyatlandığı üşün ABŞ səfəri öncəsi Mnasakanyanla “profilaktik söhbət” aparmağı düşünür.

Ermənistan ciddi-cəhdlə Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Lakin Kreml hələ ki, İrəvanın bu istəyinə həvəssiz yanaşır. Bu baxımdan, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi getdikcə güclənir. Belə bir həssas dönəmdə ABŞ-ın  münaqişəyə diqqət ayırması və tərəflərin xarici işlər nazirlərinin Vaşinqtona dəvət edilməsi Rusiyanı narahat etməyə bilməz.

0
yenisabah.az