Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.
HİT.az bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Mövlud Çavuşoğlu sabah Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşünə iştirak edəcək.
Görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.
Bu çərçivədə görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə ediləcəyi nəzərdə tutulur.