"Moskva sülhməramlıların rəhbərini dəyişməklə əlavə vaxt qazandı" - Politoloq

SİYASƏT
15:50 / 26.04.2023
817

Ötən gün Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlılara yeni komandan - general-polkovnik Aleksandr Lentsov təyin edib. İndiyədək bu vəzifəni tutan komandan Andrey Volkovu isə geri çağırıb. Azərbaycan höküməti bununla bağlı öz haqlı iradlarını Rusiya hökümətinə bəyan edib. 

Məsələ ilə bağlı HİT.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, əslində yeni komandanın təyin olunması vəziyyəti sabitləşdirmək üçün atılan bir addımdır:

"Rusiyanın özü də hazırda çox böhranlı vəziyyətdədir. Həmçinin, hər iki bölgədə gərginlik artıb. Həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı dəfələrlə narazılıqlarını bildiriblər. Andrey Volkov mövcud olan bu proseslərdə   idarəçiliyi bacarmadı. Hadisələrin gedişatı Rusiyanı ciddi problemlərlə üzləşdirdi. Əsasən ekofəalların uzun müddətdən bəri təşkil olunan aksiyası, nəzarət-buraxılış məntəqəsinin qurulması və s. Rusiyanı bu addımı atmağa məcbur etdi.

Moskva sülhməramlıların rəhbərini dəyişməklə əlavə vaxt qazandı. Volkovdan əvvəlki komandan Rüstəm Muradovla bağlı da ciddi narazılıq yaranmışdı. Yenə də eyni xətt üzrə Volkov vəzifəyə gətirildi. Əslində dəyişən heç nə yoxdur. Ancaq məqsəd sülhməramlılara qarşı olan nifrəti  yumşaltmaqdır”.

Gülnarə Əmirqızı

0