"Qərb ermənilərin zəif iradəsindən istifadə edir" - Fərid Əliyev

SİYASƏT
17:55 / 11.10.2024
806

"Daim maşa rolunu oynayan Ermənistan tullantı kimi istifadə edilməyə məhkumdur".

Bunu Hit.Az-a açıqlamasında keçmiş deputatlığa namizəd Fərid Əliyev COP29 ərəfəsində ABŞ-nin Azərbaycana qarşı qərəzli bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə ABŞ ermənilərdən daha çox erməni kimi davranaraq , onların hüquqlarını öz hüququ kimi qoruyur:

"2024-cü ildə Bakıda keçiriləcək COP29 İqlim Dəyişikliyi Sammiti ilə bağlı Qərbin bəzi təşkilatları Azərbaycana təzyiqlərini artırmağa çalışır. Bu təşkilatların böyük əksəriyyəti isə ermənipərəst qüvvələrdir. Ölkəmizə qarşı çinkin kanpaniyalarda erməni lobbisinin böyük "əməyi" var. 

Ermənistanda hər zaman olduğu kimi ABŞ-nin maşasıdır. Bu bütün dünyaya agahdır. Lakin xəyallar aləmində yaşayan bu separatçı millət özü bu yolu seçib və xəyallarla yaşamağa davam edir. Bundan istifadə edən ABŞ ermənilərdən daha çox erməni kimi davranaraq, onların hüquqlarını öz hüquqları kimi müdafiə edirlər. Məlumdur ki, onlar ermənilərin qara qaşına, qara gözünə aşiq olmayıblar. Onlar dırnaqarası erməni sevgisindən istifadə edərək, erməni seçiciləri seçkiyə cəlb etdikdən sonra bir tullantı kimi istifadə edib , atacaqlar".

O, Kamala Harrisin erməniləri şablon sözlərlə inandırdığını bildirib:

"Kamala Harris hər zaman bu xəyalpərəst xalqın zəif iradəsindən, "Ermənistanı dəstəkləməyə davam edəcəyik” sözlərindən, "Ermənistan və onun qonşuları arasında suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmət əsasında davamlı sülhün əldə edilməsinə sadiqik” kimi şablon ifadələrdən, yaxud da uydurma “soyqırımı”na görə tökdüyü “göz yaşı”ndan istifadə edərək , onları inandırmağa müvəffəq olub", -deyə əlavə edib. 

Deputatlığa namizəd daim maşa rolunu oynayan Ermənistana qarşı bu tendensiyanın hər zaman davam edəcəyini vurğulayıb:

"Düşünürəm ki, bundan sonra da belə olacaq. Istifadə edilməyi özünə fəxarət hissi kimi qəbul edən Ermənistana qarşı bu tendensiya hər zaman davam edəcək. Separatçı rejimə daha çox maliyyə vəsaitinin ayrılacağına, silah-sursatla təmin edəcəyinə və ölkəmizə qarsi şər-böhtan kampaniyasını daha da artırıb,  onlara vədlər verərək , alət kimi istifadə edəcəklər"- deyə F. Əliyev əlavə edib.

0