III Çarlzın Diananın yerinə keçəcəyi deyilən keçmiş sevgilisi vəfat etdi

DÜNYA
17:17 / 11.09.2026
39

Böyük Britaniyada kral III Çarlzın keçmiş sevgilisi, 1970-ci illərdə kraliça olacağı ehtimal edilən Davina Morli (qızlıq soyadı Şeffild) vəfat edib. 

HİT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Davinanın o vaxtkı Uels şahzadəsi ilə münasibəti 1970-ci illərin ortalarına təsadüf edib. Cütlük dünyəvi tədbirlərdə diqqət mərkəzində olur, onları tez-tez Çarlzın “Aston Martin DB5 Volante” avtomobilində birlikdə görürdülər. Hətta atçılıq tədbirlərindən birində Davina kraliça II Elizabet və şahzadə Filiplə birlikdə görüntülənmişdi ki, bu da kral ailəsinin münasibətlərə razılıq verdiyinin əlaməti kimi qiymətləndirilirdi.

Buna baxmayaraq, cütlüyün münasibətləri qəfil sona çatıb. Buna səbəb qalmaqal olub. Davinanın keçmiş sevgilisi, qayıq yarışçısı Ceyms Bird jurnalistlərə onunla birlikdə yaşadığını açıqlayıb. Həmin dövrdə kral ailəsinin ənənələri taxtın varisinin gələcək həyat yoldaşının qüsursuz keçmişə malik olmasını tələb edirdi. Davinanın keçmişi ilə bağlı bu məlumatların üzə çıxmasından sonra münasibətlərə son qoyulub.

Davina nüfuzlu ailədən olub. O, “ICI” şirkətinin rəhbəri lord Makqouenin nəvəsi idi və nəsli II Karlın hakimiyyəti dövrünə gedib çıxırdı. O, həmçinin keçmiş baş nazir Devid Kemeronun həyat yoldaşı Samanta Şeffildin əmisi qızı idi.

Çarlzla ayrıldıqdan sonra Davina Ceyk Morli ilə xoşbəxtlik tapıb. Onlar 1981-ci ildə, Çarlzın Diana ilə evləndiyi həmin il nikaha daxil olublar.

Cütlüyün nikahından üç oğlu dünyaya gəlib: Tomas (1983), Uilyam (1984) və Henri (1987). Davinanın Ceykin əvvəlki nikahından olan iki ögey oğlu – Dominik və Sebastyan da qalıb.

Ceyk Morli 2022-ci ilin aprelində 80 yaşında vəfat edib.

Samir
 

0