Lukaşenko ABŞ-dan Belarusa məxsus milyonları qaytarmağı tələb edib

DÜNYA
17:47 / 11.09.2026
40

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ı Amerika bankındakı hesablarda dondurulmuş, kalium gübrələrinin ixracına görə Belarusa çatmalı olan vəsaiti geri qaytarmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, hazırda gübrələrin ABŞ-a tədarükü davam etsə də, ticarət əməliyyatlarında müəyyən çətinliklər mövcuddur. Onun sözlərinə görə, Amerikaya gübrə tədarük edən Belarus böyük partiyaların operativ şəkildə yüklənməsi ilə bağlı problemlərlə üzləşir. Hazırda göndərilməyə hazır olan böyük həcmdə məhsul partiyası var.

“Biz onları bu il üçün müqavilə ilə nəzərdə tutmuşuq, gələn il üçün isə nəzərdən keçirəcəyik. İndi gəmini yükləmək imkanı yaranıb (sabah yükləməni dəqiq başa çatdıracağıq) – götürün. Amma borcunuzu qaytarın. “Citibank”da bizim 43-44 milyon dollarımız ilişib qalıb – bizimlə əməkdaşlıq edən şirkət pulu ödəyib. Varlı Amerikanın pulumuz orada ilişib qalıb. Sizdən xahiş edirəm, bu pulları bizə qaytarın”, – deyə prezident əlavə edib.

Samir
 

0