İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

SİYASƏT
13:44 / 23.09.2026
131

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.

0