Sərt karantin "çərçivəsi"ndə artıq 3 cü cəbhəçi saxlanılıb.
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi yazıb.
O bildirib ki, dünən AXCP Masallı təşkilatından Əlixan Rəcəbli və Göyçay təşkilatından Qaçay Qafarov saxlanılıblar.
Müsavat Partiyasının Mətbuat Xidmətinin rəhbəri Mustafa Hacıbəyli yazıb ki, saxlanılan Qaçay Qafarov Müsavat Partiyası Göyçay rayon təşkilatının Şura üzvü Alışan Qafarovun oğludur.
"28 yaşlı Qaçay Qafarov sosial şəbəkədə Azərbaycan polisinin fəaliyyəti haqda status paylaşıb. Dünən axşam saatlarında ailəsinə xəbər verilmədən saxlanılıb. Hazırda Göyçay rayon polis şöbəsindədir. Bu, ifadə azadlığının kobud şəkildə pozulmasıdır", - Mustafa Hacıbəyli bildirib.
Göyçay Rayon Polis İdarəsi mövzu ilə bağlı arqument.az-a açıqlama verməkdən imtina edib.