Latviya Rusiya və Belarus taxılına 300 faizlik tarif tətbiq etməyi planlaşdırır

DÜNYA
15:10 / 08.09.2026
38

Latviya hökuməti Rusiya və Belarusdan taxıl idxalına 300 faiz həcmində gömrük rüsumu tətbiq etmək imkanını nəzərdən keçirir. 

HİT.az xəbər verir ki, bu barədə Latviya Baş naziri Andris Kulberqs bildirib. Məlumatı “Diena” nəşri yayıb.

Hakimiyyət həmçinin Rusiyaya birləşdirilmiş yeni regionlarda yığılmış taxılın müəyyənləşdirilməsinə və ixracının qadağan edilməsinə imkan verəcək mexanizm hazırlamağı planlaşdırır. Baş nazirin sözlərinə görə, taxılın mənşəyini müəyyən etmək üçün tranzit yüklər mütəxəssislər və ukraynalı nümayəndələr tərəfindən yoxlanılacaq.

Andris Kulberqs vurğulayıb ki, Latviya bu məsələ ilə bağlı Litva və Estoniya ilə vahid mövqe formalaşdırmağa çalışır. Bu məqsədlə o, Estoniyadakı həmkarı ilə danışıqlar aparıb, həmçinin Latviya hökumətinin rəhbəri ilə müzakirə keçirməyi planlaşdırır.

İqtisadiyyat naziri Viktor Valaynis qeyd edib ki, hökumətin taxılla bağlı qərarları ilk növbədə latviyalı fermerlərin maraqlarını qorumalıdır.

Samir
 

0