Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd edilib

SİYASƏT
10:53 / 05.09.2026
52

Sentyabrın 4-də Bakıda "Fairmont" hoteldə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Tacikistan Respublikasının Dövlət Müstəqilliyinin 35-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, ziyafətdə Azərbaycanın dövlət orqanlarının nümayəndələri, deputatlar, Bakıda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri, Azərbaycanın siyasi, biznes, elm və mədəniyyət dairələrinin nümayəndələri,habelə media nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon qonaqları salamlayaraq müstəqillik illərində ölkəsinin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. Çıxışında o, xüsusi olaraq Millətin Lideri, Tacikistan Respublikasının Prezidenti möhtərəm Emoməli Rəhmonun müasir Tacikistan dövlətçiliyinin möhkəmləndirilməsində, sülh və milli birliyin təmin edilməsində, habelə ölkənin ardıcıl inkişafında mühüm rolunu vurğulayıb.

Tədbirin fəxri qonağı–Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında Tacikistanı Dövlət Müstəqilliyinin 35-ci ildönü mümünasibətilə səmimi qəlbdən təbrik edib, Tacikistan və Azərbaycan arasında mövcud olan ikitərəfli əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və dövlətlərarası dostluq münasibətlərinin və strateji tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Təntənəli tədbir çərçivəsində qonaqlara istedadlı ifaçıların iştirakı ilə tacik xalq mahnıları və rəqslərindən ibarət zəngin konsert proqramı təqdim olunub.

Eyni zamanda, tədbir zamanı milli sənətkarlıq nümunələrinin təqdim olunduğu sərgi təşkil edilib. Sərgidə milli geyimlər, ənənəvi Tacikistan tikmələri–çakan, suzani, popuri, habelə Tacikistan ustalarının əli şləri nümayiş etdirilib.

Qonaqlar üçün, həmçinin, milli xörəklərdən və yerli istehsal olan təzə meyvələrdən ibarət Tacikistan süfrəsi açılıb.

Tədbirin qonaqları Tacikistan Respublikasının Dövlət Müstəqilliyi Gününün təntənəli qeyd olunmasından xoş və unudulmaz təəssüratlar əldə ediblər.

0