Koxalski "Qarabağ"dan getdi - RƏSMİ

İDMAN
15:00 / 08.09.2026
147

“Qarabağ” polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.

Hit.az xəbər verir ki, “köhlən atlar” Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.

Komandalar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

0