“16 zabitini itirdi, 3-ü polkovnik, ikisi general…” – Erməni ordusuna ağır zərbə

19:58 / 14.07.2020
1832

Ordudan qaçanları saxlamaq üçün Ermənistanın Azərbaycanla həmsərhəd rayonlardakı yollarda polis və hərbçilərdən ibarət postlar qurulub.

Bu barədə jurnalist, siyasi şərhçi Elçin Alıoğlu məlumat verib.

Jurnalist cəbhə bölgəsindəki son vəziyyətə diqqət çəkib:

“Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan ordusuna çox ağır cəza zərbələri endiriləcək.

Ermənistanın Müdafiə Nazirliyi itkiləri açıqlamır, lakin son iki gündə Ermənistan ordusunun 16 zabitinin, o cümlədən 3 polkovnikin gəbərdildiyini ermənilər sosial şəbəkələrdə etiraf edirlər.

Adı açıqlanamayan iki generalın yaralı olduğu bilinir. Onları Ermənistan Müdafiə Nazirliyi "iki polis əməkdaşı" kimi təqdim etmişdi.

Bu arada Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarındakı yollarda polis və hərbçilərdən ibarət postlar qurulub. Məqsəd döyüş bölgəsindən qaçan fərariləri saxlamaqdır”.

0