14 Sevgililər günü kimi qeyd edilməlidirmi?

SOSİAL
16:51 / 14.02.2024
402

14 fevral əksər ölkələrdə Sevgililər günü kimi qeyd edilir. Tarixi qədim Roma İmperatorluğuna qədər uzanan bu günü Azərbaycanda da qeyd edənlər çoxdur.

Ancaq Azərbaycanda isə 2003-cü ildən başlayaraq “Sevgililər günü”nü 30 iyunda keçirənlər var. Bu tarix 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. 

Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü – 30 iyun tarixi Azərbaycanda Sevgililər günü kimi keçirilir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, təqvimdə belə bir gün yoxdur: 

“Bu günü qeyd etmək hər kəsin öz şəxsi istəyinə bağlıdır. Çünkü sevgini ifadə etmək üçün 365 günümüz var. Amma bir bəhanə edərək sevgilisini sevindirmək istəyənlər də az deyil. Bu günü yaşamaq istəyənlər niyə də qeyd etməsin. Sevgi əsla maddiyyatla, var dövlətlə ölçülmür. Adi xoş söz belə sevən qəlbi xoşbəxt etməyə kifayətdir. Amma yenə də özəl günlərdə biri-birinin yanında olmaq, bu günü əbədiləşdirmək düşünürəm ki, önəmlidir”.

Sevinc

0