Nikahdan kənar doğulan uşaqların soyad problemi - Hansı fəsadları var?

SOSİAL
17:03 / 23.05.2024
560

Azərbaycanda rəsmit nikahdan kənar doğulan uşaqların sayı ötən illərə nisbətən artıb. 

Nikahdan kənar dünyaya gələn uşaqların yaşadığı problemlərdən biri də soyaddır.

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında bildrib ki, Azərbaycanda qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyir. Bu da ciddi problemlər yaradır:

 "Narahatlıq doğuran məqam müasir qadınların ailə qurmadan öncə ana olmaq istəməsidir. Qadınlar ailə qurmaq yox, karyera barədə düşünür. Pul qazanmaq istəyirlər və hesab edirlər ki, ailə qursalar, daha çox problem ola bilər. Məsələn, həyat yoldaşı hansısa qadağa qoya bilər. Bəzi qadınlar hesab edir ki, özü üçün uşaq dünyaya gətirsə daha yaxşı olar. Belə hallarda ən böyük zərbə isə bu tənha anaların övladlarına dəyir. Ata soyadından, ən əsası isə nəvazişindən məhrum olan bu uşaqların məktəbdə, yaşıdları arasında ayrıseçkiliyə məruz qalması onların psixologiyasına mənfi təsir göstərir".

Sevinc

0