Azərbaycan 8 ayda mənzil tikintisinə 2 milyard manata yaxın pul qoyub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 786,5 milyon manat investisiya qoyulub.
İqtisadiyyat.az "Yurd.Media"ya istinadla xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% çoxdur.
8 ayda mənzil tikintisinə qoyulmuş pullar ümumi investisiya qoyuluşunda 14,1% paya malik olub.


