Hostel və ya otellər nikah kağızı tələb edə bilərmi?

SOSİAL
20:04 / 23.05.2024
512

"Azərbaycanda hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur".

Bu sözləri deputat Tahir Kərimli Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında hostellərin sayının artmasından narahatlığını ifadə edib. 

Maraqlıdır, otellərdə nikah kağızı tələb edə bilərmi? Onların belı bir səlahiyyəti varmı? 

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a deyib ki, kimsə kiminləsə otelə gedirsə, otelə “əxlaqsızlıq yuvası” adı da qoymaq olmaz:

 “Hər kəsin azadlıq hüququ var. Buna heç kim qadağa qoya bilməz. Mən öz istirahətimi kiminlə istəsəm edərəm. Bu kimi qadağalar turizminin inkişafına mane olan amillərdən biridir. Məlumat üçün deyim ki, Azərbaycana gələn turistlər arasında hostellərdə qalanlar azdır. Hostellərə əsasən tələbələr və paytaxta birgecəlik gələnlər müraciət edir”.

Sevinc

0