Gəncəyə leysan yağır, elektrikin verilişi dayandırılıb - VİDEO

SOSİAL
18:23 / 08.06.2024
870

Bu gün ölkə ərazisində hava kəskin dəyişib. 

Hit.az-ın məlumatına görə, Qərb bölgəsində də hava qeyri-sabit keçib. 

Belə ki, Gəncə şəhərində hazırda külək və leysan xarakterli yağış müşahidə olunur. Yağış şəhərdə nəqliyyatın hərəkətini iflic edib. 

Şəhərin müəyyən hissələrində elektrik enerjisinin verilişi dayandırılıb. 

0