Sosial şəbəkələrin həyatımıza daxil olması ilə dünyamız tamamilə dəyişib.
Yaxşı tərəfləri də oldu, yaman tərəfləri də. Amma ən çox bizim cəmiiyət yaman tərəfə dönənlərdən oldu.
Sosial şəbəkəni sosial problemlərin qaldırılıb, diqqətə çatdırıldığı, həll edildiyi platforma kimi deyil, xoşumuza gəlməyən insanların linç edildiyi, gözdən salındığı məkan kimi istifadə etdik və hələ də edirik.
Sürü psixologiyası sosial şəbəkədə daha aydın müşahidə olunmağa başladı.
Hamı hansısa bir səhv axtarır ki, onun üzərindən kampaniya başlatsın...
Yetər ki, təki bircə fakt ortaya atılsın - hamı aqressiv notlara bürünüb, tanıdı- tanımadı sosial şəbəkə üzvünü asıb-kəsməyə başlayır.
Araşdırmadan, məsələnin mahiyyətini bilmədən insanlar “hücum” əmrinə tabe olub , "silaha sarılır”, söyüşün biri bir qəpik.
Sosial şəbəkədə kimisə nüfuzdan salmaq, ailəsini dağıtmaq, şantaj etmək, ölümünə səbəb olmaq su içmək kimi asandır.
Biri sənin şəklindən, adından rahatlıqla istifadə edib, saxta hesab aça, səni rəzil edə bilər.
Başqaları da
gözüyumulu inanar. Bu kim bilir nə qədər ailələrin dağılmasına, qan düşməsinə səbəb olub və olacaq.
Qorunmaq üçün hüquqi yollarda boşluq var. Tək çarə var. Özünüzü qoruyun. Hər addımınızı, hər yediyinizi reklam eləməyin.
Murad