Ukraynanın kənd təsərrüfatı sektoru hazırda Avropa İttifaqının tələblərinə cavab vermir.
HİT.az xəbər verir ki, bunu Rumıniya prezidenti Nikuşor Dan “Euronews” telekanalına müsahibəsində bildirib.
Bununla yanaşı, o qeyd edib ki, Ukraynada Avropa İttifaqının mövcud mexanizmlərində tarazlığı poza biləcək əhəmiyyətli kənd təsərrüfatı istehsalı mövcuddur.
“Ukrayna hazırda Avropa İttifaqında kənd təsərrüfatı sektoruna tətbiq etdiyimiz standartlara cavab vermir”, deyə Dan bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələr arasında kənd təsərrüfatı məsələlərində Ukraynaya xüsusi status verilməsi ilə bağlı müzakirələr aparılır. Lakin digər sahələrdə Kiyevə güzəşt edilməsinə ehtiyac yoxdur.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynanın “bayrağında Bandera ilə” Avropa İttifaqına daxil olmayacağını bildirmişdi. Onun sözlərinə görə, Avropa birliyini cəmiyyət üçün yad olan tarix üzərində qurmaq olmaz. Nazir həmçinin ehtimal edib ki, Ukraynanın Avropaya inteqrasiya danışıqlarında qarşılaşacağı ən çətin məsələ korrupsiya ilə mübarizə olacaq.
Polşanın xarici işlər nazirinin müavini Marçin Bosatski də bildirib ki, Ukrayna Millətçiləri Təşkilatının (Rusiyada qadağan olunmuş təşkilat) lideri Stepan Bandera və Ukrayna Üsyan Ordusunun (Rusiyada qadağan olunmuş təşkilat) komandanı Roman Şuxeviç Ukraynanın “milli panteonuna” daxil edilərsə, Ukraynanın təkcə Polşa ilə deyil, Avropa İttifaqı ilə də münasibətləri pisləşə bilər.
Samir


