"Bu, həmin müəllimlərin peşəkarlığının artırılmasına səbəb olacaq"

SOSİAL
17:14 / 05.09.2024
372

“Peşə təhsili məktəblərində çalışan müəllimlərin sertifikasiya prosesinə cəlb olunması tədrisin  keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq”. 

Bu sözləri Hit.az-a təshil eksperti İlqar Orucov deyib. 

O bildirib ki, peşə təhsili müəssisələrində çalışan müəllimlərin sertifikasiyaya cəlb olunması olduqca əhəmiyyətlidir:

“Sertifikasiya prosesinin peşə məktəblərində fəaliyyət göstərən müəllimlərə şamil olunması həmin müəllimlərin peşəkarlığının artırılmasına, öz üzərində daha ciddi işləmələrinə, əmək haqlarının diferensiallaşmasına gətirib çıxaracaq”.

Sevinc
 

0