Qarşıdakı 4 ildə orta aylıq əməkhaqqı 366 manat artacaq

SOSİAL
19:19 / 17.09.2026
50

Bu il ölkədə orta aylıq əməkhaqqının 1 185,5 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Yeniavaz.com xəbər verir ki, bu məlumat Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində yer alıb.

Məlumatda bildirilir ki, orta aylıq əməkhaqqının 2027-ci ildə 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat, 2030-cu ildə isə 1 551,5 manat olacağı gözlənilir.

Beləliklə, 2026–2030-cu illərdə orta aylıq əməkhaqqının 366 manat və ya 30,9 faiz artacağı proqnozlaşdırılır.
 

0