Zorakılıq, təcavüz xəbərlərinin insan psixasına təsiri

SOSİAL
21:35 / 15.04.2025
51

Zamanla zərif cinsin nümayəndələrinə qarşı təcavüz faktının şahidi oluruq. 

Hətta təcavüz edənin tapılın, cəzalandırılmasına da dair məlumatlar yayılır. 

Məsələnin daha faciəvi hissəsi ondan ibarətdir ki, bu tip xəbərlər sosial şəbəkələrdə bəzi səhifə adminlərinin əlində “oyuncaq”a çevrilib.

İnsanların bu tip xəbərlərə olan marağını nəzərə alıb, reytinq xatirinə bəzilərinin psixikasına təsir edirlər.

Son dövrlərdə azyaşlı qızlara da təcavüz halları çoxalıb.

Təəssüf ki, ölkəmizdə də bu hal artmaqdadır.

Sosial şəbəkələrdə səhifə adminlərinin bəzisi qəsdən, bəzisi isə bilməyərəkdən bu məsələni qabardaraq, insanların psixologiyasını korlamaqla məşğuldurlar.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki,  bu məsələnin sosial şəbəkələrdə yayılması halları həddindən artıq çoxalıb: 

“Bu xəbərləri paylaşarkən məktəbli qızların valideynlərini də nəzərə almaq lazımdır. Bu cür xəbərlər oxuyan bir ana övladını qorxu içində məktəbə yola salır. Ətrafa qarşı inamı azalır. Eyni zamanda psixikasında hər hansı bir pozuntu olan insanların təhrik edilməsinə səbəb olur. Bu informasiyanın özü belə təhrik etmə mesajları biruzə verir. Nəzərə almaq lazımdır ki, bir məlumatı neqativ hal belə olsa, nə qədər verirsənsə, o hal artır, azalmır”.

Sevinc

0