Yeni ailə quran cütlüklərin bir qismi toydan bal ayına getməyə üstünlük verir.
Görəsən, yeni evlənənlər niyə bal ayına mütləq getməlidirlər?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, xaricilər toydan sonra mütləq bal ayına harasa gedir.
Bu gənclərin yeni həyata birlikdə başlanğıcı üçün stimul sayılır:
“Ancaq bizdə fərqlidir. Bal ayı yeni evlənənləri yorğunluq və stressdən azad etməklə yanaşı, həm də, onların yeni həyata addım atmaları üçün gözəl başlanğıcdır. Bu ayın digər bir üstünlüyü də yeni evli cütlüklərin rahatlıqla başbaşa qala bilməsidir. Amma təəssüf ki, çox cütlük bal ayına elə də önəm vermir. Müxtəlif səbəblər cütlüklərin bal ayını ciddi qəbul etməmələri üçün əsas ola bilər. Burada əsas amil maddiyyat, evlilər işləyirlərsə iş yerlərində onlar üçün yaranan problem ola bilər. Digər amil isə toy və toya qədər olan xərclərin çoxluğudur ki, bu da, onlara bal ayı haqlarından istifadə etməyə imkan vermir. Və nəticədə bal ayı təxirə salınır”.
Sevinc