Psixoloq: "Daxili dizayn psixikaya həm müsbət, həm də mənfi təsir göstərə bilər"

SOSİAL
11:58 / 19.06.2026
86

Evin daxili hissəsi həqiqətən sinir sistemi üçün dəstəkləyici amil ola bilər. 

HİT.az xəbər verir ki, bunu klinik psixoloq və gestalt terapevti Valentina Lipskaya gazeta.ru-ya bunu deyib.

Mütəxəssisin sözlərinə görə, insan ağır emosional vəziyyətdə olduqda və ya xroniki narahatlıq keçirdikdə, yalnız gözəl interyer peşəkar psixoloji yardımı əvəz etmir. Lakin düzgün təşkil olunmuş məkan sinir sistemi üçün dəstəkləyici rol oynaya bilər.

“Əslində məkan psixika üçün xarici tənzimləyici kimi işləyir. Yaşadığımız mühit ya insanın özünü təhlükəsiz və stabil hiss etməsinə kömək edir, ya da əksinə, daxili stresi gücləndirir”, deyə psixoloq bildirib.

Lipskayanın fikrincə, insan üçün “öz məkanı” hissi xüsusilə vacibdir. Rahat və uyğun mühitdə stress səviyyəsi azalır.

O qeyd edib ki, soyuq və çox parlaq rənglər daxili gərginliyi artıra bilər, daha isti və təbii çalarlar isə psixika tərəfindən daha təhlükəsiz qəbul olunur. Bununla belə, bu məsələdə universal qayda yoxdur, çünki interyer hər bir insanın şəxsi assosiasiyaları ilə bağlıdır.

Psixoloq əlavə edib ki, evdə səliqə, minimal vizual “səs-küy” və nizamın olması narahatlığı azalda bilər. Əksinə, dağınıqlıq və çoxlu əşyalar emosional gərginliyi artırır.

“Müxtəlif insanlar köçdükdən, təmir etdikdən və ya sadəcə otaqda kiçik dəyişikliklər etdikdən sonra əhval-ruhiyyələrində dəyişiklik hiss edirlər. Beyin çox sayda vizual stimulu əlavə yük kimi qəbul edir. Bu xüsusilə xroniki stress və emosional yorğunluq yaşayan insanlarda daha qabarıq olur”, deyə ekspert vurğulayıb.

Nəticə olaraq, mütəxəssis qeyd edib ki, yaşayış mühiti həm stressi artıra, həm də psixikanın bərpasına kömək edə bilər.

Samir
 

0