"İnsanlar ən çox neqativ xəbəri oxuyur"

SOSİAL
12:45 / 10.07.2026
49

Aparıcı Aytən Səfərova gün ərzində neqativ xəbərlərin çoxluğundan gileylənib. 

Axşam.az xəbər verir ki, aparıcı gündəmdə yer alan bu cür hadisələrin insanların psixologiyasına təsirindən söz açıb. O, xəbərlərin təqdim edilməsinin vacib olduğunu vurğulasa da, neqativ informasiyanın çoxluğundan narahatlığını ifadə edib:

"Hadisə barədə xəbər vermək vacibdir. Qlobal miqyasda o qədər vacib hadisələrin çoxu neqativ yüklüdür ki, insanın əhvalına təsirsiz ötüşmür. Pozitivə köklənək, pozitiv yüklü olaq. Qlobal səviyyədə hadisələrə təsir etmək gücündə olmasaq belə".

Aparıcı əlavə edib ki, gün ərzində ən çox oxunan xəbərlərdə mənfi informasiyanın bol olduğu məqalələrdir:

"Səhər baxırsan yaşıllıq, gün işığı, sakitlikdir, maşınlar yollara çıxmayıb. Amma sonra xəbərlərdə "İran bombalandı, filan sammit çərçivəsində bu bəyanat verildi, qəza baş verdi, təbii fəlakət oldu, Venesuelada nə qədər adam öldü" kimi məlumatlarla qarşılaşırsan. O qədər neqativ var ki... Ətraf, hər şey neqativdir. İnsanlar da daha çox neqativ xəbərlərə baxırlar. Saytlarda ən çox məhz belə xəbərlər baxış toplayır".

0