21 nömrəli uşaq bağçasının bağlanacağı barədə yayılan məlumatlar valideynlərin narahatlığına səbəb olub.
Sakinlər bağçanın fəaliyyətini davam etdirməsini istədiklərini bildiriblər.
Valideynlərdən biri bağçanın bağlanacağı təqdirdə övladını etibar edəcəyi kimsənin olmadığını deyərək narazılığını ifadə edib.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirib ki, 21 nömrəli uşaq bağçası hazırda normal fəaliyyət göstərir və onun bağlanması ilə bağlı hər hansı qərar verilməyib.
Qurum əlavə edib ki, yaxın vaxtlarda bağçaya qəbul prosesi üçün elektron sistem istifadəyə veriləcək.Milli.Az


