700 bal artıq istisnaya çevrilir?

TƏHSİL
10:47 / 21.07.2026
194

Bu il keçirilən qəbul imtahanlarında indiyədək yalnız bir abituriyent 700 bal həddini keçə bilib.

Ən yüksək nəticə göstərənlərin sayına dair son on ilin rəqəmləri əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq azalma müşahidə olunur. Maraqlıdır, bu vəziyyət təhsil sistemindəki dəyişikliklərin göstəricisidir, yoxsa imtahanların məzmunu və qiymətləndirmə prinsiplərinin daha mürəkkəb xarakter almasının nəticəsidir?

Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, qiymətləndirmə sistemində aparılan yeniliklər yüksək nəticə əldə etməyi əvvəlki illərlə müqayisədə daha çətin edib:

405160

“Yazılı cavabların ayrıca qiymətləndirilməsi və burada yol verilən kiçik yanlışlıqların yekun bala təsiri 700 bal toplayanların sayının azalmasına təsir göstərən əsas amillərdən biridir. Qəbul imtahanlarının məzmunu məktəblərdə tədris olunan proqram əsasında formalaşdırıldığı üçün yalnız maksimum bal toplayanların statistikasına baxaraq ümumi təhsil səviyyəsi haqqında nəticə çıxarmaq obyektiv yanaşma sayılmır”.

Ekspert hesab edir ki, təhsil sisteminin real vəziyyətini müəyyənləşdirmək üçün diqqət bir neçə rekord nəticəyə deyil, bütün abituriyentlərin ümumi göstəricilərinə yönəldilməlidir: 

“Əgər imtahan iştirakçılarının böyük hissəsi orta və yüksək nəticələr əldə edə bilirsə, bu, tədrisin keyfiyyətini daha düzgün əks etdirən meyardır. Bu baxımdan, yüzlərlə abituriyentin 400-450 bal və daha yüksək nəticə göstərməsi tək-tük 700 ballıq nəticələrdən daha əhəmiyyətli göstərici hesab oluna bilər”.

Günel Cəlilova

0