Bu gün tarixin vərəqlərində 4 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 4 noyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfatı bu günə təsadüf edir. Onu da qeyd edək ki, bu gün Dominikada İctimai Xidmət Günü, İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü, Panamada Bayraq Günü, Rusiyada isə Milli Birlik Günü kimi qeyd olunur. Beləliklə, tarixin 4 noyabrına nəzər salırıq.
4 noyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun isə Başarat, Qarakişilər və Qaracallı kəndlərini Ermənistanın işğalından azad edib. Həmçinin, 1952-ci ildə ABŞ federal hökuməti Milli Təhlükəsizlik Agentliyini təsis edib.
1979-cu ildə İran girov böhranı zamanı bir qrup iranlı kollec tələbəsi ABŞ-nin Tehrandakı səfirliyinə hücum edərək 90 nəfəri girov götürüb. 1983-cü ildə Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2008-ci ildə isə Barak Obama ABŞ-nin ilk afroamerikan əsilli prezidenti seçilib.
4 noyabrda doğulanlar:
1919-cu ildə cərrah Mürsəl Qarayev, 1944-cü ildə Əməkdar mədəniyyət işçisi, animator Rauf Dadaşov, 1949-cu ildə Milli Məclisin I çağırış deputatı Çimnaz Əliyeva, 1954-cü ildə aktyor Fərman Şəkili, 1959-cu ildə Xalq artisti, dirijor Yalçın Adıgözəlov, 1990-cı ildə futbolçu İlkin Qırtımov və dünyaya gəlib.
Həmçinin, 1792-ci ildə Paraqvayın birinci prezidenti Karlos Antonio Lopes, 1812-ci ildə Gürcüstan şahzadəsi Nina Çavçavadze, 1874-cü ildə fransız heykəltəraş Şarl Despio, 1946-cı ildə ABŞ-ın birinci xanımı Lora Buş, 1951-ci ildə Rumıniyanın 4-cü prezidenti Trayan Besesku, 1967-ci ildə niderlandlı futbol agenti Mino Rayola və 1972-ci ildə portuqaliyalı futbolçu Luiş Fiqu doğulub.
4 noyabrda vəfat edənlər:
2011-ci ildə azərbaycanlı aktyor Mayak Kərimov, 1411-ci ildə Teymuri əmiri Xəlil Sultan, 1924-cü ildə fransız bəstəkar Qabriel Fore, 1995-ci ildə İsrailin baş naziri İshaq Rabin və fransız filosof Jil Delöz vəfat edib.
Pərviz


