Tramp ABŞ-da yanacağın bahalaşmasının səbəbini açıqladı

DÜNYA
12:37 / 04.11.2026
34

ABŞ Prezidenti Donald Tramp ölkədə benzinin yüksək qiymətlərindən danışarkən məsuliyyəti İranın üzərinə qoyub. O, Amerika iqtisadiyyatının tarixdə ən yaxşı dövrünü yaşadığını iddia etsə də, yanacağın bahalığının vətəndaşların bu inkişafı hiss etməsinə mane olduğunu bildirib.

HİT.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Trampın sözlərinə görə, hazırkı iqtisadi vəziyyət hətta onun ilk prezidentlik dövründəkindən də yaxşıdır. Lakin benzin qiymətlərinin yüksək olması amerikalıların iqtisadi yüksəlişin müsbət təsirlərini tam hiss etməsinə imkan vermir.

“Hazırda tariximizin ən yaxşı iqtisadiyyatına sahibik. İlk prezidentlik müddətimdə iqtisadiyyat çox yaxşı idi, amma indiki vəziyyət ondan da üstündür. Bununla belə, benzin qiymətlərinə görə insanlar bunu istədikləri qədər hiss edə bilmirlər. Yanacağın bahalaşmasına isə İran səbəb olub”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl yanacağın qiymətləri ilə bağlı məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin və Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrin üzərinə qoymuşdu. O, bu hücumların dünya dizel yanacağı bazarına, o cümlədən ABŞ-dakı fermerlərə və müxtəlif biznes sahələrinə mənfi təsir göstərdiyini iddia etmişdi.

Samir
 

0